Andre Villaş-Boaşın "Zenit"dən getmək istədiyi barədə xəbərlər son günlər Rusiya mətbuatında geniş yayılıb. Eyni zamanda Peterburq klubunun tanınmış mütəxəsis Karlo Ançelotti ilə danışıqlar apardığı da deyilirdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Zenit"in mətbuat xidməti bu informasiyanı təkzib edib.
"Ançelottinin "Zenit"də işləməy razılıq verməsi doğru deyil. İtalyan mütəxəssislə heç bir danışıq olmayıb".
Qeyd edək ki, Andre Villaş-Boaş mövsümün sonunda Rusiya çempionu ilə yollarını ayıracağını demişdi.
Milli.Az