İlin milyarderləri seçildi

İlin milyarderləri seçildi
09:27 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ilin ən uğurlu biznesmenlərinin adı bilinib.
 
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Forbes" jurnalı yayıb. Jurnalın hesablamalarına görə, bu ilin ən uğurlu milyarderi "Amazon" saytının rəhbəri Cef Bezos olub. Onun sərvəti 29,5 milyard artıb. Hazırda Bezosun pulu 58,4 milyard dollar səviyyəsində dəyərləndirilir.
 
Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq bu il 11,2 milyard dollar gəlir əldə edib. Hazırda onun 45,6 milyard dollar pulu var. Quql saytının həmtəsisçisi Larri Peydc isə bu il 9,2 milyard gəlir əldə edərək, sərvətini 38,4 milyard dollara çatdırıb. Dünyaca məşhur axtarış sisteminin digər təsisçisi Sergey Brin də bu il gəlirlərini artırıb. 2015-ci ildə onun gəliri 8,9 milyard dollar olub. Bununla da Brin öz varidatını 37,6 milyard dollara çatdırıb. "Blumberq" agentliyinin sahibi Maykl Blumberq isə bu il 5,5 milyard dollar gəlir əldə edib. Hazırda Blumberqin sərvəti 40,5 milyard dollar miqdarındadır.
 
Jurnal, həmçinin bu ilin ən uğursuz iş adamının adını da müəyyənləşdirib. Bu ada meksikalı maqnat Karlos Slim layiq görülüb. Slim bu il 14,2 milyard dollar pul itirib. Hazırda onun sərvəti 55,6 milyard dollardır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR