Qardaş bacını amansızcasına qətlə yetirdi

Qardaş bacını amansızcasına qətlə yetirdi
09:52 12 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Lerikdə qardaş bacısını amansızcasına qətlə yetirib.

Lerik rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 11-də, saat 15:00 rayonun Kaqoy kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı 1983-cü təvəllüdlü bacısı Xəyaləni bıçaqla çoxsaylı xəsarət yetirməklə qəsdən öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR