Bakıda Misir yazıçısı Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib

Bakıda Misir yazıçısı Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib
09:52 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “ərəb romanının əmiri” sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib.
Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən mərkəzin müdiri Əhməd Sami Elaydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə nəşri” haqqında sərəncamına əsasən Nəcib Məhfuzun bir sıra əsərlərinin Azərbaycan dilinə tərcüməsindən danışıb. 
Sonra yazıçının həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş olunub.
Misirin Azərbaycandakı səfiri Süzan Cəmil N.Mahfuzun yaradıcılığına toxunub və yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib. 
Tədbirdə Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin dekanı, akademik Vasim Məmmədəliyev də Nəcib Mahfuz yaradıcılığından danışaraq, ərəb dünyasının vacib şəxsiyyəti olan yazıçının yaradıcılığı və əsərləri haqda məlumat verib. 


Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/bakida-misir-yazicisi-necib-mehfuzun-yaradiciligina-hesr-olunan-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR