Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Heydər zirvəsi”ndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Date: 12 December 2015 09:58

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb.

Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, artıq ənənəyə çevrilən yürüşdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq 10 dekabr tarixində zirvəyə qalxaraq Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri qoyaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Heydər zirvəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

RƏYLƏR


Top news