Videolarda gizli mesajlar - beyinlər bu yolla istiqamətləndirilir

Videolarda gizli mesajlar - beyinlər bu yolla istiqamətləndirilir
10:12 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

1957 ci ildə psixoloq Jeyms Bayker həmkarları ilə birlikdə  25 kadrın arasına, filmə heç bir aidiyyəti olmayan bir kadr yerləşdirməyi qərara alıb və nəticəsi inanılmaz olub.

Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu kadrı beyinlərindən silə bilməyiblər, hətta unutmaq əvəzinə özlərindən asılı olmadan onun məzmunundakı komandanı icra etmək üçün can atıblar.
Metod ilk dəfə ABŞ-da klublardan birində film nümayişi zamanı sınaqdan keçirilib. Burada filmin lentinə, deyildiyi qayda ilə "Coca-cola için!" əmri yerləşdirilib. Film qurtaranda klubun həyətindəki köşklərdə bütün digər içkilər satılmamış qaldığı halda bir dənə də olsun "cola" qalmadığı aşkar olub.

Artıq bu kadrın müxtəlif yolları da məlumdur ki, buna "subliminal mesaj" da deyilir. Bu virus insan beyninə video, yazı, şəkil və musiqilər vasitəsi ilə də ötürülür. Çox insanlar bunu uydurma və şişirtmə saysalar da, hazırkı dövrdə bu cür hallar qaçınılmazdır. "Subliminal mesaj" xüsusi məqsəd daşıyan fikirlərin səs, görüntü və efeffktlərin içində gizlədilməsidir. Həmin mesajlar qeyri-ixtiyarı şüur altına süzülür və beyini istiqamətləndirir.

Bugünkü gündə bu metoddan insanların beyninə lazımi ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR