Bakıda 3-cü sinif şagirdindən "Allahu əkbər" çağırışı (VİDEO)

Bakıda 3-cü sinif şagirdindən "Allahu əkbər" çağırışı (VİDEO)
10:16 12 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda məktəblinin videomüraciəti internetin ən çox izlənilən videolarından olub. ANS PRESS-in məlumatına görə, çarxda məktəbli öz həmyaşıdlarına müraciət edir.

Bakının 132-134 nömrəli Təhsil Komleksinin şagirdi Mirsamin Hüseynzadənin öz həmyaşıdlarına videomüraciəti son günlər baş verənlərlə bağlıdır. 3-cü sinif şagirdi bəzi müsəlman ölkələrində yaşanan terror hadisələri barədə xəbərlərdən və həmyaşıdı olan uşaqaların dini məzmunlu çıxışlarından təsirləndiyini deyərək bütün bunlara özünəməxsus şəkildə münasibət bildirib.

Videoda Bakı məktəblisinin həmyaşıdlarına ünvanladığı “Allahu əkbər” çağırışı da yer alıb.

"Gəlin "Allahu əkbər" deyib dərs oxuyaq, "Allahu əkbər" deyib yaxşı qiymətlər alaq. "Allahu əkbər" deyib xaric dillər öyrənək ki, böyüyəndə başqa ölkələrdə Azərbaycanı yaxşı təmsil edək",- deyə balaca məktəbli həmyaşıdlarına səslənib.

Həmin videonu sizə təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR