Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10:17 12 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 12-də Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
"Report" xəbər verir ki, ziyarətdə Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. 
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səslənib.
Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/prezident-i-lham-eliyev-umummilli-lider-mezarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR