Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Twitter" cəzalandırıldı

"Twitter" cəzalandırıldı

Problems with Twitter are not connected with the Azerbaijani segment of the microblogging network (07 November 2016 13:34)

Date: 12 December 2015 11:01

Türkiyə "Twitter"i 51 min dollar həcmində cərimələyib.

ANS PRESS-in məlumatına görə, Türkiyə höküməti "Twitter"i terrorizmi təbliğ etməkdə günahlandırır. Çünki hökümət bu sosial şəbəkəyə "terror təbliğatı" yazısını silməyi bildirsə də, lakin bu baş verməyib. Türkiyə də 15 milyon əhalisinin "Twitter" abunəçisi olduğunu nəzərə alaraq, bu xidməti məhkəməyə verərək, cərimələyib.

Bu barədə Türkiyənin İnformasiya və Rabitə Nazirliyindən məlumat verilib.



Məlumatda o da deyilir ki, Türkiyə ilk dəfədir "Twitter"i cərimələyir, bundan əvvəl belə bir hal olmayıb. Lakin bir müddət əvvəl Türkiyədə bəzi sosial şəbəkələr bloklanlanıb.

Ötən ilin mart ayında məhkəmənin qərarı ilə məşhur "Twitter" və "YouTube" şəbəkələrinin bütün ölkə ərazisində istifadəsinə qadağan qoyulub. Bu da onların seçkilərdən öncə hakimiyyətdə korrupsiya iddiaları ilə bağlı məlumatların yaymasından sonra baş verib.

Qadağa "Twitter" üzərindən bu ilin aprel ayında, "YouTube"-dan isə may ayında götürülüb. Türkiyədə bu sosial mediaya qoyulmuş məhdudiyyətlər prokurorun girov götürülməsini əks etdirən görüntülərin yığışdırılması ilə bağlı qərara əməl edildikdən sonra aradan qaldırıb.


Ötən il Türkiyədə qadağan olunmuş sosial şəbəkələr



Tags:  Twitter cəzalandırıldı



RƏYLƏR


Top news