Nyu-Yorkda dəyəri 10 milyon dollar olan brilyant oğurlanıb

Nyu-Yorkda dəyəri 10 milyon dollar olan brilyant oğurlanıb
11:12 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Amerikalı zərgər Nyu-Yorkdakı mağazasından brilyant oğurlanması barədə polisə məlumat verib. "Report" "RİA Novosti"yə istinadən xəbər ki, zinət əşyalarının dəyəri 5 milyondan 10 milyon dollara qədər olub.
Polisin məlumatına görə, dükan sahibi Conatan Bernbaum qiymətli əşyaların olduğu seyfi açıq saxlayıb. Oğurluq hadisəsi noyabrın 24-dən sonra baş verib, amma zərgər yalnız dekabrın 10-da polisə müraciət edib.
Polis istintaq araşdırması çərçivəsində mağaza işçiləri ilə sorğu-sual aparır.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/nyu-yorkda-deyeri-10-milyon-dollar-olan-brilyant-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR