Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur müğənninin evini yardılar - FOTO

Məşhur müğənninin evini yardılar - FOTO

Məşhur futbolçunun evini yardılar - FOTOLAR (04 Mart 2017 09:37)
Məşhur futbolçunun evini yardılar - FOTOLAR (04 Mart 2017 08:58)

Tarix: 12 Dekabr 2015 11:12

Britaniyanın populyar müğənnilərindən biri, əslən alban olan Rita Ora qarət olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, oğrular "x Factor" müsabiqəsinin münsiflər heyətinin üzvünün Londonun şimalındakı evinə girərək zinət əşyaları, texniki avadanlıq, mobil telefonlar və nağd pulları aparıblar.

Polisdən verilən məlumata görə, R.Oranı qarət edən dəstənin əvvəllər məşhur prodüser Saymon Kouellin də evini qarət edən adamlar olduğu güman edilir.

56 yaşlı S.Kouellin malikanəsi Rita Oranın evindən 4 kilometr aralıdadır. Oğrular prodüserin evindən 500 min funt-sterlinq dəyərində əşyalar aparmışdılar.

Rita Oranın dediyinə görə, qarət xəbərini alan kimi qeyri-rəsmi nikahda olduğu əri, 38 yaşlı Loren Silvermanla evə yollanıb.

Milli.Az






Teqlər:  Məşhur müğənninin evini yardılar FOTO



RƏYLƏR


Top xəbərlər