Futzal üzrə Azərbaycan millisi seçmə mərhələdə ikinci qələbəsini qazanıb

Futzal üzrə Azərbaycan millisi seçmə mərhələdə ikinci qələbəsini qazanıb
11:18 12 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində Belarus millisi ilə qarşılaşan komandamız 7:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borges het-trik edib. Hərəyə 1 dəfə Vitali Borisov, Vieira Da Silva Augusto Sezar, Ramiz Çovdarov və Fineo de Araujo fərqlənb.
İlk oyunda millimiz İsveç millisini 8:2 hesabı ilə məğlub etmişdi.
Futzalçılarımız növbəti oyununu dekabrın 13-də Xorvatiya yığmasına qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisi_sechme_merhelede_ikinci_qelebesini_qazanib-910602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR