Deputat: "Ulu öndər Heydər Əliyevi fərqləndirən cəhətlərdən biri də fədakarlığı idi"

Deputat: "Ulu öndər Heydər Əliyevi fərqləndirən cəhətlərdən biri də fədakarlığı idi"
11:22 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Ümummilli lider Heydər Əliyev indiyə qədər Azərbaycan tarixində ən uzun müddət adı çəkilən, uzun müddət adı yaşayan liderlərdən biridir.

Bunu Trend-ə millət vəkili Cavanşir Feyziyev deyib.

Onun fikrincə, Azərbaycan tarixində bir neçə dahi şəxsiyyət var ki, 100 il keçsə də, onların həyatını oxuyur və öyrənirik: "Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən biridir. Bu gündən sonra bir neçə yüzillik keçsə də, Heydər Əliyev adı gələcək nəsillər tərəfindən öyrəniləcək və tanınacaq. Ulu öndər Azərbaycan tarixində həmişəyaşar şəxsiyyətlərdən biri olacaq. Çünki Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti üçün əvəzsiz töhfələr verib. Onun ən böyük töhfəsi çox ciddi, mürəkkəb bir şəraitdə Azərbaycan dövlətinin varlığını qoruyub saxlamaq olub".

Ulu öndəri Azərbaycan dövlətinin memarı adlandıran deputat qeyd edib ki, bu onun yeganə və tək xidməti deyil: "Ümumiyyətlə, yeni şəraitdə Azərbaycan dövlətçiliyinin qurulması, onun möhkəm əsaslarla təməlinin qoyulması məhz Heydər Əliyev şəxsiyyətinə aiddir. Bunun üçün onun kifayət qədər biliyi, təcrübəsi, bacarığı vardı. Yaşının ahıl vaxtına baxmayaraq, bütün gücünü, bacarığını məhz bu işə sərf etdi. Heydər Əliyevi digər siyasətçilərdən fərqləndirən cəhətlərdən biri də onun dövlət, vətən, xalq qarşısındakı fədakarlığı idi. O, ömrünün sonuna qədər yorulmaq bilmədən Azərbaycan dövlətinin təşəkkül tapması və dünyada mövcud beynəlxalq sistemə uğurla qoşulması üçün əlindən gələn hər şeyi etdi".

Qeyd edək ki, bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR