Avropa İttifaqı “İraq Hava Yolları”nı öz qara siyahısına daxil edib

Avropa İttifaqı “İraq Hava Yolları”nı öz qara siyahısına daxil edib
11:23 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Nihad Budaqov, AZƏRTAC
Avropa İttifaqı (Aİ) “İraq Hava Yolları” aviaşirkətinin uçuş təhlükəsizliyi şərtlərini yerinə yetirmədiyini əsas götürərək öz “qara siyahısına” daxil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat verilir. Aİ-nin Mülki Aviasiya üzrə Uçuş Təhlükəsizliyi siyahısında edilən son yeniləməyə görə, Avropa İttifaqı ölkələrində tətbiq olunan uçuş təhlükəsizliyi şərtlərini yerinə yetirmədiyi üçün “İraq Hava Yolları” Aİ daxilində uçuşu qadağan olunan ölkələr siyahısına daxil edilib.
İraqın keçmiş nəqliyyat nazirinin müavini Bankin Rikani “İraq Hava Yolları” aviaşirkətinin Aİ-də uçuşu qadağan olunanlar siyahısına daxil edilməsini ölkəyə böyük maddi ziyan vuracağını deyib. Bildirib ki, Aİ-nin bu qərarı həm İraqın iqtisadiyyatına mənfi təsir edəcək, həm də 70 illik “İraq Hava Yolları” şirkətinin imicini zəiflədəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Ittifaqi_Iraq_Hava_Yollarini_oz_qara_siyahisina_daxil_edib-910605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR