Dəmiryolu ətrafındakı evlər söküləcək

Dəmiryolu ətrafındakı evlər söküləcək
11:26 12 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Tezliklə Azərbaycanda dəmiryolu yaxınlığında olan evlər söküləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bir çox işlər görülür.

"Dəmiryolu ətrafında qanunsuz tikililərin sökülməsi, ərazilərin hasarlanması məsələlərinə baxılır. Bu istiqamətində yeniliklər olarsa, mətbuata məlumatlar veriləcək”, - deyə Cavid Qurbanov bildirib.

Qurum sədri onu da vurğulayıb ki, hazırda bu istiqamətdə əhali siyahıya alınır: "Hələlik dəmiryolu ətrafında olan evlər və əhalinin siyahıya alınması prosesi gedir”.


Cavid Qurbanov-Azərbaycan Dəmir Yolları" QSC-nin sədri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR