İtkin düşən neftçilərin axtarışına vertolyot və təyyarələr cəlb edilib

İtkin düşən neftçilərin axtarışına vertolyot və təyyarələr cəlb edilib
11:32 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğının söndürülməsi prosesi davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Hadisə nəticəsində itkin düşənlərin axtarışlarına gəlincə, nazir müavini bildirib ki, bu istiqamətdə də işlər aparılır: "Hadisə nəticəsində itkin düşənlərin axtarışlarına vertolyot və təyyarələr də cəlb edilib. Axtarışlar davam etdirilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR