Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfv Komissiyası bütün müraciətləri araşdırır

Əfv Komissiyası bütün müraciətləri araşdırır

Date: 12 December 2015 11:33

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əfvlə bağlı bütün müraciətləri araşdırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında komissiyanın üzvü, millət vəkili Azay Quliyev deyib.

O bildirib ki, hazırda komissiya öz işini davam etdirir: "Komissiyanın səlahiyyətləri ondan ibarətdir ki, daxil olmuş müraciətləri əsasnaməyə uyğun şəkildə araşdırsın və bundan sonra müvafiq qaydada cənab Prezidentə tövsiyə xarakterli bir təklif təqdim etsin".

A.Quliyev əlavə edib ki, hazırda bu proses davam edir: "Bütün işlər başa çatandan sonra son söz cənab Prezidentin olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Əfv Komissiyası bütün müraciətləri araşdırır

RƏYLƏR


Top news