Cənubi və Şimali Koreya yüksək səviyyədə danışıqları bərpa edib

Cənubi və Şimali Koreya yüksək səviyyədə danışıqları bərpa edib
11:47 12 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Şimali Koreyanın Keson şəhərində Koreya Respubkikası və KXDR arasında yüksək səviyyədə nazir müavinlərinin görüşü bərpa edilib.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, iki gündür davam edən danışıqlar Koreya yarımadasının iki ölkəsi arasında dialoqun canlandırılmasına cəhd göstərildiyini sübut edir.
Müzakirə olunan məsələlər arasında Koreya müharibəsindən bəri sərhədin müxtəlif tərəflərində qalmış ailələrin birləşdirilməsi xüsusi yer alır. Bundan əlavə, Şimali Koreya tərəfi 2008-ci ildən dayandırılan Kımqan dağına birgə turların bərpası məsələsilə də maraqlanır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cenubi-ve-simali-koreya-yuksek-seviyyede-danisiqlari-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR