Asif Cəbrayılov: Bugünkü inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

11:48 12 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

"Ümummilli lider Heydər Əliyevin anım günü bütün Azərbaycan xalqı tərəfindən qeyd edilir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəis müavini Asif Cəbrayılov deyib.

O, qeyd edib: "Hamıya məlumdur ki, ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin və müstəqilliyimizin memarıdır. Gördüyümüz bu inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və onun qoyduğu siyasət bu gün uğurla davam etdirilir".

A.Cəbrayılov əlavə edib ki, nail olduğumuz stabillik, iqtisadi inkişaf ümummilli liderin adı ilə bağlıdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR