Fransa baş naziri ictimai "Wi-Fi” və anonim “Tor” şəbəkələrini bağlamayacaqlarını bildirib

Fransa baş naziri ictimai "Wi-Fi” və anonim “Tor” şəbəkələrini bağlamayacaqlarını bildirib
11:51 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Fransa baş naziri Manuel Valdes “BFM TV” telekanalına müsahibədə bildirib ki, ölkə hökuməti “Tor” anonim şəbəkəsini və ya ictimai “Wi-Fi” çıxış nöqtələrini bloklamaq niyyətində deyil. Eyni zamanda baş nazir Fransa hakimiyyəti tərəfindən internetdə istifadəçilərin fəaliyyətinin monitorinqinə yönələn məhdudlaşdırıcı tədbirlərin görülməsini istisna etməyib.
 
M.Valdesin sözlərinə görə, şifrlənmiş rabitədən istifadəyə qadağa iqtisadiyyata və ölkənin təhlükəsizliyinə ziyan vura bilər. “İnternet insanlara bir-biri ilə ünsiyyət qurmaq üçün vasitə olmaqla yanaşı, iqtisadiyyata fayda verir. Lakin internet, həmçinin terrorçular arasında qarşılıqlı əlaqəyə və totalitar ideologiyanın yayılmasına şərait yaradır”, - baş nazir əlavə edib.
 
Xatırladaq ki, dekabrın əvvəlində Fransanın “Le Monde” nəşri hakimiyyətin ölkədə fövqəladə vəziyyətin tətbiqi zamanı “Tor” anonim şəbəkəsinin bloklanmasını və ictimai “Wi-Fi” şəbəkələrindən istifadənin qadağan edilməsini nəzərdə tutan yeni qanun tətbiq etmək niyyətində olması barədə məlumat yayıb.
 
“Tor” (The Onion Router) kompüter şəbəkəsi vasitəsilə anonim məlumat mübadiləsi texnologiyasının ikinci nəslinin həyata keçirilməsi üçün azad proqram təminatıdır. Sistem dinləmədən mühafizə edilən anonim şəbəkə bağlantısı qurmağa imkan verir, həmçinin məlumatların şifrlənmiş şəkildə ötürülməsini təqdim edən anonim şəbəkə hesab olunur, - "www.securitylab.ru" yazır. 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40312-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR