Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"

Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"

Date: 12 December 2015 11:52

Bakı.12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir. "Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib. 
Onun sözlərinə görə, hazırda Nazirliyin 3 helikopteri, 1 təyyarəsi axtarış-xilasetmə işlərinə cəlb olunub: "Dövlət Sərhəd Xidmətinin isə 2 helikopteri və gəmiləri axtarış aparır. Hava şəraitinin pisləşdiyi vaxtda belə axtarış işləri dayandırılmayıb".

Tags:  Nazir müavini İtkin düşən neftçilərin axtarışı davam etdirilir

RƏYLƏR


Top news