Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəhşət: uşağı öldürdü və yedi (FOTO)

Dəhşət: uşağı öldürdü və yedi (FOTO)

Date: 12 December 2015 12:16

Rusiyanın Həştərxan şəhərində 12 yaşlı uşağı öldürüb, yeyən şəxs həbs olunub.

ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs uşağın cansız bədənini 2 gün qazanda bişirərək yeyib.

12 yaşlı qızın ötən il itkin düşüb. Qızın anasının polisə müraciətindən sonra axtarış başlayıb.

Polisin axtarışı heç bir nəticə vermədiyi üçün işə kriminal analitiklər, Fövqəladə hallar İdarəsinin işçiləri də qoşulublar. Demək olar ki, bütün şəhər əhalisi sorğu-sual edilib.

Trusovka rayonunun bağbanlarından biri əlamətləri uyğun gələn qızı bir yaşlı kişi ilə gördüyünü deyib. Bundan sonra onun izini tapmaq asanlaşıb.



Şahidlərin təsviri sayəsində həmin adamın fotorobotu hazırlanıb. 64 yaşlı təqaüdçü Valeri Polkovnikov saxlanılıb. Onun daha öncə də azyaşlılara təcavüz etdiyi və bu əməlinə görə həbsdə olduğu üzə çıxıb. Təqaüdçü polisə ifadəsi ilə hər kəsi dəhşətə salıb.

Polkovnikov ifadəsi zamanı deyib ki, uşaqla avqust ayında tanış olub. O,Trusovka rayonu qayıq stansiyasının yanında oturaraq ağlayan qıza yaxınlaşıb. Qızı meyvə şirəsinə qonaq edərək dostlaşıb. Qız ona anası ilə dalaşdığını deyib.

Noyabrın 16-da qızla sözləri çəp gələn yaşlı kişi onu bıçaqlayaraq öldürüb. Hər kəsin qızı axtarcağını anlayan Palkovnikov cəsəddən qurtulmaq üçün onu yemək qərarına gəlib.

Azyaşlının ətini qazanda bişirərək yeyən qatil qızın qalıqlarını çadırda saxlayıb.

Həbs edilən Polkovnikov artıq məhkəmə qarşısına çıxarılıb. Ona ömürlük həbs cəzası verilib.

Tags:  Dəhşət uşağı öldürdü yedi FOTO

RƏYLƏR


Top news