Dünya çempionu: "Suares əsl qatildi"

Dünya çempionu: "Suares əsl qatildi"
12:17 12 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünya çempionu "Barselona"nın uruqvaylı futbolçusu Luis Suares haqda müsbət fikirlər səsləndirib.
 
Kannavaro Suaresin bu il "Qızıl top" mükafatına son 3 namizədin sırasında yer almamasından narazıdı: "Hamı Messi və Neymar haqda danışır. Amma Suares də öz oyunu ilə insana zövq verir. O, matçın taleyini həll edir. Çünki əsl qatildi və heç vaxt səhv etmir. Oyun tərzi və xarakter baxımından Xristo Stoiçkova bənzəyir. Çox güclüdü, özünə inanır. Komanda yoldaşları da onu dəstəkləyirlər. Mən Suaresi dünyanın ən güclü futbolçularından biri sayıram".
 
Qeyd edək ki, ötən ildən "Barselona"nın uğurları üçün çalışan Suares cari mövsümdə ümumilikdə 21 oyunda 19 qola imza atıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR