Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rubl ölür: 1 dollar - 70 rubl

Rubl ölür: 1 dollar - 70 rubl

Date: 12 December 2015 12:19

 

Moskva birjasında avronun məzənnəsi 77 rubl, ABŞ dollarının məzənnəsi isə 70 rubl həddini keçib. Lent.az-ın TASS-a istinadən xəbərinə görə, Avropa və Amerika valyutasının məzənnəsi 2015-ci ilin avqust və sentyabr ayından sonra ilk dəfə belə yüksək olub. Rus rublunun qiymətdən düşməsinin səbəbi neftin qiymətinin aşağı düşməsidir. Belə ki, Londonun ICE birjasında Brent markalı neftin 2016-cı ilin yanvarına təhvil qiyməti bir barel üçün 37.96 dollar olub. Bu, 2008-ci ildən sonra neftin ən aşağı qiymətidir.

 

İraqın neft nazirinin verdiyi məlumata görə, qara qızılın belə qiymət itirməsinin əsas səbəbi hasilata hədd qoyulmamasıdır. Qeyd olunur ki, dekabrın əvvəlində toplaşan OPEK ölkələri nazirləri yenə də hasilat kvotası barədə razılığa gələ bilməyiblər. Nazirin sözlərinə görə, buna təşkilata daxil olmayan bəzi ölkələr mane olub. Rusiya Maliyyə Nazirliyində hesab edirlər ki, neftin qiyməti belə ucuz həddə çox qalmayacaq. Nazirliyin proqnozlarına görə, 2016-cı ildə qiymət bir barel üçün 50 ABŞ dolları həddində olacaq. Bundan başqa, Rusiya Maliyyə Nazirliyində bəyan ediblər ki, milli valyutanın 1 dollar üçün 100 rubl həddinə qədər ucuzlaşması üçün əsas yoxdur.


Tags:  Rubl ölür dollar 70 rubl

RƏYLƏR


Top news