Londonda sərnişin qatarında yanğın baş verib

Londonda sərnişin qatarında yanğın baş verib
12:23 12 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı Londonda sərnişin qatarında yanğın baş verib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yanğın qatardakı kondisioner sistemindən başlayıb. Hadisə ilə əlaqədar 700-ə yaxın sərnişin paytaxtın mərkəzində yerləşən “Merilebon” dəmiryol stansiyasına təxliyə edilib.
Hazırda qatarların hərəkəti bərpa olunub.
Hadisə nəticəsində zərərçəkən olmadığı bildirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Londonda_sernisin_qatarinda_yangin_bas_verib-910620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR