Əfv komissiyasının üzvü: "Son söz prezidentin olacaq"

Əfv komissiyasının üzvü: "Son söz prezidentin olacaq"
12:26 12 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

“Əfv Komissiyası işini davam etdirir. Əfvlə bağlı bütün müraciətlər araşdırılır”. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, hazırda komissiya öz işini davam etdirir. Komissiyanın səlahiyyətləri ondan ibarətdir ki, daxil olmuş müraciətləri əsasnaməyə uyğun şəkildə araşdırsın və bundan sonra müvafiq qaydada prezidentə tövsiyə xarakterli bir təklif təqdim etsin.

A.Quliyev hazırda bu proses davam edtdiyini qeyd edib: "Bütün işlər başa çatandan sonra son söz prezidentin olacaq".


Əfv sərəncamının icrası

Əfv Komissiyasının üzvi, deputat Məlahət İbrahimqızı da bir neçə gün öncə ANS PRESS-ə açıqlamasında bu il növbəti əfv fərmanı ola biləcəyini deyib.
"Biz bununla bağlı hal-hazırda iş aparırıq. Müraciət edən məhbusların hər birini fərdi olaraq araşdırırıq. Onların həbsxanada olduğu müddətdə hansı əməllər gördükləri, hansı cinayət əməlinə görə həbs olunduqları və məhbusun özünün fikirləri əfv olunmada əsas götürülür".

Bu zamana kimi İlham Əliyev məhbusların azad olunması ilə haqqında 59 fərman imzalayıb, Milli Məclis amnistiya haqqında 10 akt qəbul edib, nəticədə 467 məhbus azadlığa buraxılıb.

Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.



Əfv sərəncamından faydalanan məhkumlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR