YAP Gənclər Birliyinin üzvləri xəsarət alan neftçiləri ziyarət ediblər (FOTO)

YAP Gənclər Birliyinin üzvləri xəsarət alan neftçiləri ziyarət ediblər (FOTO)
12:28 12 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndələri Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alan neftçiləri ziyarət ediblər.

YAP Gənclər Birliyinin üzvləri xəstələrin səhhəti və müalicəsi ilə maraqlanıb, onların sağlamlıq durumu barədə həkimlərdən məlumat alıblar. Belə bir faciəli hadisənin baş verməsindən təəssüfləndiklərini bildirib və qeyd ediblər ki, bu hadisə bütün Azərbaycan gənclərini üzür və biz də onların kədərinə qoşuluruq. Onların hər birinə Allahdan şəfa diləyirik. Siz xalqımızın qəhrəman övladlarısınız, çünki elə bir şəraitdə çalışırsınız. Biz itkin düşənlərin tezliklə tapılmalarını arzu edirik. Onların ailələri, eləcə də bizlər çox nigaranıq. Bu hadisə bütün xalqımızın faciəsidir. Prezident İlham Əliyev tərəfindən matəm elan olunması da hadisənin ümumxalq faciəsi səviyyəsində anıldığını təsdiqləyir.

Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, müalicə alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Çünki onların müalicəsi ilə peşəkar həkimlər məşğul olur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR