Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiyadan "S-500" həmləsi

Rusiyadan "S-500" həmləsi

Date: 12 December 2015 12:29

Rusiya Müdafiə Nazirliyi “S-500” raket sistemlərinin yaxın vaxtlarda istismara veriləcəyini bəyan edib. Lent.az  "Cihan" Xəbər Agentliyinə istinadən xəbər verir ki, nazirliyin rəsmisi İqor Korotçenko bildirib ki, yeni nəsil raket sistemləri ən yaxın müddətdə arsenala daxil ediləcək.

 

Qeyd edək ki, Rusiya Suriyanın Lazkiyə bölgəsindəki bazasına artıq “S-400” raketlərini yerləşdirib. “S-500” sistemləri isə daha uzaq məsafədən hədəfi məhv etmək qabiliyyətinə malikdir. Saniyədə 7 kilometr sürətlə hərəkət edən raketlər 27 kilometr yüksəkliyədək qalxır və eyni vaxtda 10 ballistik hədəfi məhv etməyə qadirdir.


Tags:  Rusiyadan S-500 həmləsi

RƏYLƏR


Top news