Etibar Mirzəyev: “Günəşli” yatağında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir

Etibar Mirzəyev: “Günəşli” yatağında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir
12:38 12 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev dekabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
E.Mirzəyev bildirib ki, hazırda yanğının söndürülməsi və qəza nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin helikopterləri və təyyarəsi də cəlb olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Etibar_Mirzeyev_Gunesli_yataginda_bas_vermis_yanginin_sondurulmesi_isleri_davam_etdirilir-910628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR