Tələbələri daşıyan avtobus qəzaya uğradı, 11 ölü (FOTO)

Tələbələri daşıyan avtobus qəzaya uğradı, 11 ölü (FOTO)
12:46 12 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə dəhşətli yol qəzası baş verib. ANS PRESS-in yerli mətbuata istinadla verdiyi məlumata görə, Türkiyənin Van şəhərində avtobusla yük maşını toqquşub.

11 nəfərin ölümü ilə nəticələnən ağır qəza Van-Ərçiş yolunda saat 08:30-da baş verib.

Məlumata görə, avtobusda imtahan vermək üçün rayon mərkəzinə gedən tələbələr və onların müəllimləri olublar.

Van valisi İbrahim Taşyapanın sözlərinə görə, qəzaya səbəb yük maşının avtobusa çırpılması olub. "11 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb. Hadisə yerində xilasetmə işləri davam edir. Çox sayda təcili tibii yardım briqadası cəlb edilib".








Türkiyədə baş verən son avtobus qəzalarından biri oktyabrın 1- də paytaxt Ankarada qeydə alınıb. Sərnişin daşıyan avtobus idarəetməni itirməsi nəticəsində dayanacağa girib. Həmin qəzada da11 nəfər ölüb, 8 nəfər isə ağır bədən xəsarətləri alıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR