"Günəşli" yatağında baş verən qəzada xəsarət alan 6 neftçi yenidən xəstəxanaya qaytarılıb

12:47 12 Dekabr 2015
73 Sosial
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, hazırda xəstəxanada 19 neftçinin müalicəsi davam edir: "Son üç gündə evə buraxılan xəstələrdən 6 nəfəri yenidən xəstəxanaya qəbul edilib. Onlar Rəşid İbrahimov, Ehtiram Məlikov, Roman Yusifov, Mahal Yusifov, Seymur Mikayılov və Coşqun Qarayevdir. 
Həmin xəstələri evə buraxanda demişdik ki, əgər səhhətinizdə narahatlıq yaransa yenidən həkimə müraciət edə bilərsiniz. Qəzada xəsarət alan neftçilərin əksəriyyətinə kəllə, baş-beyin travması diaqnozu qoyulmuşdu. Rəşid İbrahimov, Ehtiram Məlikov və Roman Yusifovda bu travma səbəbindən ürək bulanma halları müşahidə olunub. Ona görə də yenidən xəstəxanaya müraciət ediblər. Həkimlərimiz də onlara xəstəxana şəraitində müalicələrini davam etdirməyi məsləhət gördülər".
A.Fətəliyeva qeyd edib ki, yenidən xəstəxanaya qaytarılan digər neftçilərdə nevroloji problemlər müşahidə olunur: "Çox güman ki, evdə onlara baş çəkməyə gələnlər olur. Qəzada travma aldıqlarına görə səs-küyü götürə bilmirlər. Xəstəxanada sakitlik olduğuna görə məsləhət görüldü ki, burada qalsınlar. Onlara həm də xəstəxanada psixoloji yardım göstərilir".
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla 23 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/gunesli-yataginda-bas-veren-qezada-xesaret-alan-6-neftci-yeniden-xestexanaya-qaytarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR