Tarkanın toyu olacaq (FOTO)

Tarkanın toyu olacaq (FOTO)
12:51 12 Dekabr 2015
97 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin meqastarı Tarkan evlənir.

ANS PRESS-in məlumatına görə, şəxsi həyatını gizli saxlamağa üstünlük verən Tarkan uzun müddətdən sonra birlikdə olduğu sevgilisini istəməyə gedib.

Bu barədə "Milliyet" qəzəti məlumat yayıb.

Qəzetin yazarı köşəsində bildirib ki, uzun müddətdir ki, Tarkan ilə bir qızın münasibətləri olmasından xəbəri olub. Lakin münasibətlərdə ciddi bir irəliləyiş olmadığından yaza bilməyib.


Ali Eyiboğlunun köşə yazısı

Almaniyanın Köln şəhərində yaşayan Əsmər adlı bir gözəl qadın ilə eşq yaşayan ulduz keçən həftə türk ailəyə elçi gedərək qız istəyib.

Ailədən "hə" cavabı alan cütlüyün toyunun yaxın zamanlarda baş tutacağı gözlənilir. Toydan sonra ulduz müğənninin Almaniyaya köçəcəyi ehtimal edilir.

Bir müddət əvvəl Tarkanın Türkiyədən tərk etməsi barədə xəbər yayılmışdı. Özü bu xəbərlərə açıqlama verən tarkan yayılan şayiələrdən təəssüfləndiyini demişdi: "Ölkəmi çox sevirəm. Burdan necə gedə bilərəm? Tez-tez xarici ölkələrə getmək yaxşı təsir edir. Birdəfəlik gedə bilmərəm. Onsuz da bir ayağım xaricdədir. Amma daimi olaraq Almaniya və ya başqa ölkəyə köçməyimdən söhbət gedə bilməz".

Meqastar Tarkan 9 il Bilge Öztürk ilə sevgili olub. Lakin naməlum səbəblərə görə cütlük ayrılıblar.


Tarkan və Bilge Öztürk

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR