Özünü avtomatla güllələyib – DİN-dən açıqlama

Özünü avtomatla güllələyib – DİN-dən açıqlama
12:54 12 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Ağdamda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

 

Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “AK-74” markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.

 

Araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR