"Prezidentlərin görüşü bu ay olacaq"

"Prezidentlərin görüşü bu ay olacaq"
13:04 12 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar, bu ay görüş olmalıdır”.

 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. 

 

Görüşünün dəqiq vaxtının hələ məlum olmadığını söyləyən N. Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağmünaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: “Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq? Amma indi 500-600 min qaçqının qarşısında bütün Avropa bilmir ki, nə etsin. Qərb dövlətləri və digər dövlətlər bir dəfə də demirlər ki, qaçqın və məcburi köçkünlərin fundamental hüquqları pozulub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR