ABŞ-dan Ceyms Uorlikin dəyişdirilməsi xəbərinə reaksiya

ABŞ-dan Ceyms Uorlikin dəyişdirilməsi xəbərinə reaksiya
13:06 12 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik vəzifəsindən getməyəcək".

Bunu ANS PRESS-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev deyib. Onun sözlərinə görə, yazılan xəbərlər əsassızdır.

"ABŞ Ceyms Uorlikə tam inanır və etimad göstərir. O, həmsədr kimi fəaliyyətini davam edəcək", - deyə Mehdi Hüseynquliyev bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə amerikalı həmsədrin başqası ilə əvəzlənəcəyi haqqında məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, hazırda ABŞ-dan olan həmsədrin başqası ilə əvəz olunması məsələsinə baxılır.


Ceyms Uorlik - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri

Xəbərlərdə o da qeyd olunub ki, Bakı dəfələrlə C.Uorlikin fəaliyyətindən və onun səsləndirdiyi bəyanatlardan narazı qaldığını bildirib. Deyilənlərə əsasən, onun bu yaxınlarda Vaşinqtonda qondarma Dağlıq Qarabağ rejiminin xarici işlər naziri ilə görüşməsi və işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimin tədbirində iştirakı vasitəçilik karyerasına son qoya bilər.

Ceyms Uorlik 2013-cü ildən ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində çalışır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR