Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bir çox dövlət başçıları Azərbaycanı qısqanır" - Novruz Məmmədov

"Bir çox dövlət başçıları Azərbaycanı qısqanır" - Novruz Məmmədov

Date: 12 December 2015 13:14

“Görün, müsəlman dövlətlərinin başına hansı hadisələr gəlir?.. Ona görə də 2015-ci ili Dağlıq Qarabağ münaqişəsi üçün itirilmiş saymaq olmaz”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Ermənistan çökməkdədir və arxalandığı divarlar da çürüyə-çürüyə gedir: “Ermənistan Dağlıq Qarabağı öz gücünə saxlamır ki. İmkan olsa, 3 aya bu məsələyə nöqtə qoymaq olar”.

 
N. Məmmədov qeyd edib ki, Azərbaycanın yerləşdiyi bölgə Balkanlardan sonra ən həssas regiondur: “Gələcəkdə də ən həssas regionlardan biri Orta Asiya olacaq. Azərbaycanın maraqlarını qorumaq qeyri-adi bacarıq və qüdrətə malik olan siyasi xadimin işidir. Bunu Heydər Əliyev bacarıb və bu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanı bir çox dövlətlərin başçılarının qısqandığını eşitmişəm. Hətta İsveçrə nümayəndələrindən eşitmişəm ki, Azərbaycan belə getsə, İsveçrəni ötəcək. Qarabağ da bizimdir və bizim olacaq”.


Tags:  çox dövlət başçıları Azərbaycanı qısqanır Novruz Məmmədov


RƏYLƏR


Top news