"Google"-un direktoru: "Müsəlmanlara dəstək olmalıyıq"

"Google"-un direktoru: "Müsəlmanlara dəstək olmalıyıq"
13:32 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Google-un baş icraçı direktoru Sundar Pichai ABŞ iş adamı Donald Trump-ın müsəlmanların ABŞ-a gəlmələrinə qadağa qoyulması təklifinə sərt cavab verib.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, ötən gün Pichai məsələyə belə münasibət bildirib:

"Amerika açıq fikirli, tolerant ölkədir. Həmişədən də Amerika imiqrantlar ölkəsi olub və olacaq.  Müsəlmanların da bu ölkəyə gəlməyə haqqı var".

O əlavə edib ki, müsəlmanlara qarşı bu cür münasibət onların dəyərlərinə də ziddir .

Şirkət rəsmisi Trump-ın çıxışının yanlış olduğunu vurğulayaraq müsəlmanlara dəstək olmalarını diqqətə çatırıb.

Xatırladaq ki, Pichai Hindistanda böyüyüb. O, 22 il əvvəl ABŞ-a gəlib.

Bu ilin avqust ayından isə Google-da bu vəzifəyə təyin edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR