Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Milli Ön” aparatlarından oğurluq edənlər tutuldu

“Milli Ön” aparatlarından oğurluq edənlər tutuldu

Date: 12 December 2015 13:34

Bakıda ödəniş terminallarından oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Yeni Günəşli qəsəbəsi ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından, Tahir Təhməzova məxsus mağazadan pul və tütün məmulatı oğurlamış, Tofiq Əmiraslanova məxsus mağazadan isə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Sərxan Hüseynov və Elimxan Alıyev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 mağazadan və noyabrın 19-da Bakıxanov qəsəbəsi ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.


Tags:  Milli Ön aparatlarından oğurluq edənlər tutuldu

RƏYLƏR


Top news