Novruz Məmmədov: "Uorlik səhv edib"

Novruz Məmmədov: "Uorlik səhv edib"
13:49 12 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xarici işlər naziri” ilə başqa yerdə də görüşə bilərdi. Ancaq hər dəfə onlara viza verirlər, ABŞ-da marafon təşkil edirlər. Bu da Azərbaycanda ABŞ-a qarşı müəyyən mövqe formalaşdırır”.

 
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdeyib. O bildirib ki, ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar: “Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR