Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb

Date: 12 December 2015 13:53


Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndərin xatirəsini yad etmək hər bir vətəndaşın borcudur. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb.
Bu sözləri dekabrın 12-də AZƏRTAC-ın müxbirinə Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Nazim Hümbətov deyib.
O bildirib ki, Azərbaycanda ekoloji sağlamlığın təmin olunması daim diqqət mərkəzində olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edərkən ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirib. Hazırda Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə mövcud yaşıllıqların bir qismi vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə salınıb.
Həmsöhbətim bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ölkədə ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atılıb, bu sahədə mükəmməl dövlət idarəçiliyi yaradılıb, qanunvericilik bazası formalaşdırılıb. Ulu öndərin ölkəmizdə ekoloji sağlamlığın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tags:  Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın inkişafı çalışıb


RƏYLƏR


Top news