Hindistana daşqınların vurduğu zərər 3 milyard dolları ötüb

Hindistana daşqınların vurduğu zərər 3 milyard dolları ötüb
13:58 12 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Hindistanın cənubunda leysan yağışlar nəticəsində baş verən daşqınların vurduğu zərər 200 milyard rupini (3 milyard dollar) keçib. Bu barədə “Aon Benfield” sığorta brokerinin məruzəsində deyilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “The Financial express” qəzetinin məlumatına əsasən, təkcə “General Insurance Corporation” şirkətinin zərərçəkənlərə ödəyəcəyi sığorta xərcləri təxminən 20 milyard rupi (300 milyon dollar) təşkil edir.
Xatırladaq ki, Hindistanın cənubunda baş verən daşqınlar Tamilnad, Andxra-Pradeş ştatlarına və Puduçerri ittifaq ərazisinə ziyan vurub. Ən böyük zərər isə yüz ilin ən şiddətli yağıntısının düşdüyü Tamilnad ştatına dəyib.
Təbii fəlakət nəticəsində həlak olanların sayı 400 nəfəri ötüb, 2 milyon nəfərədək insan isə öz evini tərk etmək məcburiyyətində qalıb.
 









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindistana_dasqinlarin_vurdugu_zerer_3_milyard_dollari_otub-910663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR