Muxtar Mahmudov: Biz bu günümüz və sabahımız üçün Ulu Öndərimizə borcluyuq

13:58 12 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ekoloji problemlər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olub.
Bu sözləri dekabrın 12-də Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəis müavini Muxtar Mahmudov AZƏRTAC-a müsahibəsində bildirib.
M.Mahmudov deyib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulub, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra dövlət proqramları icra edilib, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları yaradılıb. Bütün bunlar ulu öndər Heydər Əlıyevin həyata keçirdiyi ekoloji siyasətin bəhrəsidir. Xalqımız unudulmaz liderimiz Heydər Əliyevin xatirəsini hər zaman ehtiramla anacaq. Biz bu günümüz və sabahımız üçün Ulu Öndərimizə borcluyuq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_Mahmudov_Biz_bu_gunumuz_ve_sabahimiz_uchun_Ulu_Onderimize_borcluyuq-910659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR