Suriyalı qızın ürəkparçalayan vəsiyyəti - FOTO

Suriyalı qızın ürəkparçalayan vəsiyyəti - FOTO
14:05 12 Dekabr 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Suriyalı kiçik bir qızın yazdığı vəsiyyət məktubu sosial mediada paylaşma rekordları qırıb. 

Milli.Az Türkiyə mətbuatına istinadən məktubda yazılanları olduğu kimi təqdim edir:

"Bu, mənim vəsiyyətimdir. Canım anam! Səndən mənim gözəl gülüşümü xatırlamanı və yatağımı olduğu kimi saxlamağını istəyirəm. Gözəl bacım, dostlarına de ki: "O aclıqdan öldü" və sən böyük qardaşım, kədərlənmə, amma ikimiz birlikdə "biz acıq" dediyimiz günləri unutma! Ey ölüm mələyi, tələs ruhumu al ki, artıq cənnətdə yemək yeyim. Mən çox acam. Ey ailəm, mənim üçün qorxmayın. Mən sizin yerinizə də cənnətdə yiyə bildiyim qədər yeyəcəm".

Qeyd edək ki, suriyalı qız, çəkdiyi şəkillə tabutun içində özünü təsvir edib. 

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR