Güləşçilərimiz liderdilər

Güləşçilərimiz liderdilər
14:05 12 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni beynəlxalq reytinq siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki ki, Azərbaycanın 13 sərbəst güləşçisi reytinq siyahısında yer alıb. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev (61 kq) "Qızıl Qran-pri" turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində birinciliyini qoruyub. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) "Qızıl Qran-pri" turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir Azərbaycan güləşçisi Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O, reytinqdə 3-cü yerdə qərarlaşıb.
Olimpiya çempionları Toğrul Əsgərov (65 kq) və Şərif Şərifov (97 kq) isə müvafiq olaraq bir pillə irəliləyiblər. "Qızıl Qran-pri" turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR