Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qardaşı boşanan bacısını öldürdü

Qardaşı boşanan bacısını öldürdü

Date: 12 December 2015 14:06

Lerikdə dəhşətli qətl hadisəsi baş verib. 25 yaşlı oğlan 32 yaşlı bacısını öldürüb.

Lerik Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Kavoy kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev aralarında yaranan mübahisə zəminində bacısı, 1983-cü il təvəllüdlü Xəyalə Şahverdiyevaya çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı bıçaq zədələrindən hadisə yerində dünyasını dəyişib.

Baş verən qətlin səbələri hələlik məlum deyil.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Dünyasını dəyişən qadın bir müddət əvvəl ərindən boşanıb və 1 övladı var.

Tags:  Qardaşı boşanan bacısını öldürdü

RƏYLƏR


Top news