Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakının "Heydər" məscidində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə Novruz sovqatları paylanılıb - FOTO (17 Mart 2017 20:22)
Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi - (17 Mart 2017 20:22)
Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi - FOTOLAR (17 Mart 2017 20:13)

Tarix: 12 Dekabr 2015 14:13

Bakı. Elmir Murad - Trend:

Bu gün Bakının "Heydər" məscidində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub. Şeyxülislam bu il vəfat edən şəhid və bütün müsəlmanlara Allahdan ruhlarının şad olmasını diləyib.

A.Paşazadə "Heydər" məscidinin inşasına da toxunub: "Bu məscidin indi olduğu yer boş bir ərazi idi. Amma indi baxın, çox əzəmətli bir məkanda oturmuşuq. Buranın tikintisi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun diqqəti və qayğısı sayəsində bu məscid tikilib. Bu məscidin "Heydər" məscidi adlandırılmasını da mən xahiş etmişəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Bakının Heydər məscidində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib



RƏYLƏR


Top xəbərlər