Gənclərin inkişafı Ulu Öndərin ən çox diqqət yetirdiyi sahələrdən idi

Gənclərin inkişafı Ulu Öndərin ən çox diqqət yetirdiyi sahələrdən idi
14:18 12 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan gəncliyinin inkişafı Ulu Öndərin ən çox diqqət yetirdiyi sahələrdən idi. Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin olunduğu dövr mənim gənc illərimə təsadüf edirdi. Onun diqqəti və qayğısı sayəsində Azərbaycan gəncləri keçmiş SSRİ-nin ən aparıcı ali təhsil ocaqlarında oxumağa göndərilirdi. Belə şanslı gənclərdən biri də mən oldum. Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunda oxuduqdan sonra vətənə qayıdaraq mühəndis kimi kino sahəsində əmək fəaliyyətinə başladım. Bu gün də öz ixtisasım üzrə çalışıram.
Bu sözləri dekabrın 12-də AZƏRTAC-ın müxbirinə Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkiliş-texnika sexinin rəisi Nəsir Ağayev deyib.
Qeyd edib ki, gənclərə hər zaman diqqət göstərən, onların qayğısının, problemlərinin həllinə xüsusi fikir verən Ümummilli Liderimiz həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib.
N.Ağayev Ulu Öndərin uzaqgörən siyasətindən söhbət açaraq bildirib ki, o, ali təhsil müəssisələrini bitirən gənclərin hər cür şəraitlə təmin edilməsinə, milli kadr potensialının formalaşmasına çalışırdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclerin_inkisafi_Ulu_Onderin_en_chox_diqqet_yetirdiyi_sahelerden_idi-910667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR