Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Date: 12 December 2015 14:28


Qəbələ, 12 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar dekabrın 12-də Qəbələ rayonunda böyük öndərin xatirəsi yad olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, gənclər, məktəblilər dahi şəxsiyyət Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzi ziyarət edənlər Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgi və guşələrlə tanış olub, görkəmli dövlət xadiminin zəngin həyat yolu barədə ətraflı məlumat əldə ediblər.
Ziyarətçilər Mərkəzin bacarıqlı əllər dərnəyinin təşkil etdiyi əl işlərindən ibarət “Əbədi yaşar liderimiz” adlı sərgiyə baxış keçiriblər.
Rayon mədəniyyət mərkəzində “Xalqına qırılmaz tellərlə bağlı insan” mövzusunda keçirilən konfransda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafında əvəzsiz xidmətləri barədə məruzələr dinlənilib. Sonda Ulu Öndərin həyat və fəaliyyətinin maraqlı anlarından bəhs edən film nümayiş olunub.
Anım günü ilə əlaqədar rayonun orta ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda ulu öndər Heydər Əliyevə həsr olunmuş “dəyirmi masa”lar keçirilib, sərgilər, inşa yazı, şeir müsabiqələri və idman yarışları təşkil edilib.



Tags:  Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb


RƏYLƏR


Top news