Çindən üçüncü konteyner qatarı Azərbaycana çatıb

14:33 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin Lyanunqan vilayətindən yola düşən üçüncü konteyner qatarı Transxəzər - Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə (İstanbul) marşrutu ilə hərəkət edərək dekabrın 11-də Azərbaycana çatıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, "Qazaxıstan Dəmir Yolu" SC, "Çin Dəmir Yolları", "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətədavamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılmasına təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu il avqustun 3-də Şixezi (Çin) - Dostık - Aktau - Ələt limanı marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdı.

Çin Xalq Respublikasının Urumçi-Xinjianq vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət ikinci konteyner qatarı sentyabrın sonunda Azərbaycan ərazisindən tranzit olaraq keçməklə 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb.

Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.

Sabah Gürcüstanda 21 vaqondan ibarət konteyner qatarının qarşılanma mərasimi nəzərdə tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR