Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada azərbaycanlı avtoriteti güllələdilər

Rusiyada azərbaycanlı avtoriteti güllələdilər

Date: 12 December 2015 14:41

Rusiyanın Voronej şəhərində Azərbaycandan olan kriminal avtoriteti gülləyiblər.

ANS PRESS-in məlumatına görə, hadisə Voronejin "Meşə nağılı" kafesində baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, avtoritet həmin kafedə naməlum bir şəxs tərəfindən açılan güllə nəticəsində öldürülüb.

Hələ ki, avtoriteti öldürən şəxsin kim olduğu bəlli deyil, onun axtarışları davam etdirilir. Polis bölməsindən verilən məlumata görə, 37 yaşlı ölən şəxsin meyidi kafenin giriş hissəsində aşkar olunub.

Deyilənlərə görə, avtoritetin öz həmyerliləri ilə münaqişəsi olub. Onlarla mübahisəli məsələləri həll etmək üçün o, bu kafedə görüşüb. Göründüyü kimi, tərəflər yenə də razılığa gələ bilmədiyindən onu öldürüblər.

Avtoritet çıxış qapısında qətlə yetirildiyindən onun cəsədini dərhal tapmaq mümkün olmayıb. daha sonra şahidlərin sözlərinə görə, qatillər xarici maşına minərək ərazidən uzaqlaşıblar.

Alınan məlumata görə, avtoritet özü Moskvada yaşasa da, onun Voronejdə qohumları yaşayır. Ola bilsin ki, onun münaqişəsi də elə burada yaşayan qohumları ilə olub.

Hal-hazırda cinayətlə bağlı araşdırmalar aparılır. Azərbaycanlının kim tərəfindən və hansı səbəbdən öldürüldüyü öyrənilir.


Tags:  Rusiyada azərbaycanlı avtoriteti güllələdilər

RƏYLƏR


Top news